Bank Of Baku

Azərbaycan diasporu Fransanın Rusiyadakı konsulluğunun qarşısında aksiya keçirib

Azərbaycan diasporu Fransanın Rusiyadakı konsulluğunun qarşısında aksiya keçirib
# 31 dekabr 2011 13:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Fransanın Rusiyanın Sankt-Peterburq şəhərindəki konsulluğunun binası qarşısında etiraz aksiyası keçirilib.

APA-nın məlumatına görə, aksiya Beynəlxalq Diaspora Mərkəzinin Rusiya Federasiyasındakı Təmsilçiliyinin, Sankt-Peterburq şəhərindəki Regional Nümayəndəliyinin təşkilatçılığı, yerli Azərbaycan və türkdilli xalqların diaspora qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Piketdə Fransa Milli Assambleyasının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə etiraz edilib.

Aksiyada “Azərbaycan-Türkiyə birdir”, “Fransa senatı dayan”, “Sarkisyan Xocalıya görə cavab verəcəksən”, “Qarabağ Azərbaycanındır”, “Fransa ATƏT-in Minsk qrupundan çıx” və sairə bu kimi Türkiyəni dəstəkləyən, Ermənistanla Fransanın mövcud siyasətini pisləyən şüarlar səsləndirilib. Yarım saat çəkən aksiya insidentsiz başa çatıb. Aksiyanın qətnaməsi isə konsulluğun nümayəndəsinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR