Bank Of Baku

“Türkiyədə yaşayan Azərbaycan türkləri” adlı kitab çıxıb - FOTO

“Türkiyədə yaşayan Azərbaycan türkləri” adlı kitab çıxıb - <font color=red>FOTO</font>
# 03 yanvar 2012 07:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyənin İzmir şəhərində “Türkiyədə yaşayan Azərbaycan türkləri” adlı kitab işıq üzü görüb. Bu barədə APA-ya kitabı nəşrə hazırlayan İzmir Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Camal Məmmədxanoğlu məlumat verib. Onun sözlərinə görə, 400 səhifədən ibarət kitab 1000 tirajla çap olunub: “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində İzmir Azərbaycanlıları Mədəniyyət Mərkəzində kitabın təqdimatı keçirilib. Kitabda tanınmış qələm sahibləri - Nazım Muradov, Gülarə Yenisey, Güntay Gəncalp, Alpay Mərəndli, Zaur Əliyev, Seyfəddin Altaylı, Mahmud Ayaz, Camal Məmmədxanoğlu, Zihni Papakçı, Mustafa Raşit Karabağın diaspora, tarix və Güney Azərbaycan, ədəbiyyat və s. mövzuları əks etdirən maraqlı məqalələri yer alıb. Bundan əlavə, Türkiyədə yaşayan Azərbaycan türklərinin I Qurultayı ilə bağlı bütün materiallar da kitabda öz əksini tapıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR