Bank Of Baku

İsveçdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

İsveçdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
# 03 yanvar 2012 21:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İsveçin Höteborq şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub. APA-nın məlumatına görə, tədbir İsveçin Höteborq şəhərində fəaliyyət göstərən “Qarabağ Azərbaycan” Kültür Dərnəyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib. Şənlikdə İsveçin Höteborq şəhərində yaşayan azərbaycanlı ailələr iştirak edib. Əllərində milli bayraqları ilə rəqs edən uşaqlar Vətənə və millətə aid şeirlər, mahnılar oxuyublar. Tədbirdə milli rəqslər, Azərbaycanın möhtəşəm gələcəyinə aid çıxışlar və xalq mahnıları ifa olunub.
Qeyd edək ki, “Qarabağ Azərbayacan” Kültür Dərnəyi 2011-ci il noyabrın 19-da fəaliyyətə başlayıb. Təşkilatın yaranmasında əsas məqsəd İsveçin Höteborq şəhərində yaşayan soydaşlarımız arasında mədəniyyətimizi, tariximizi, dilimizi, yaşatmaq və təbliğ edib həmrəyliyə nail olmaqdır. Xüsusilə dərnəyin əsas fəaliyyət istiqaməti Qarabağ həqiqətlərini daha da sıx təbliğ edib yerli əhalinin münaqişənin mahiyyəti haqqında məlumatlandırılması olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR