Bank Of Baku

İsveçdə Azərbaycan və türk diasporları qondarma “erməni soyqırımı” iddialarına qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər

İsveçdə Azərbaycan və türk diasporları qondarma “erməni soyqırımı” iddialarına qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər
# 09 yanvar 2012 07:46 (UTC +04:00)
Bakı-APA. İsveçdə Azərbaycanlıların Konqresi türk diasporunun Stokholmdakı toplantısında iştirak edib. Konqresdən APA-ya verilən məlumata görə, müzakirələrin əsas mövzusu iki türk diasporunun Avropa parlamentlərində qondarma “erməni soyqırımı”na qarşı birgə mübarizə aparması olub. İAK sədri Emil Mirzəyev bildirib ki, iki diaspor arasında əməkdaşlığın gücləndirilməsi Avropa ölkələrində 1915-ci il hadisələri ilə bağlı ermənilərin yalan məlumatlar yaymasının qarşısının alınmasına təkan vermiş olacaq. Konqres həmçinin İsveç parlamentinin qondarma “erməni soyqırımı”nı tanımasının ikinci ildönümü ilə əlaqədar keçiriləcək etiraz aksiyalarına dəstək verəcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR