Bank Of Baku

Drezdendə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək

Drezdendə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək
# 10 yanvar 2012 13:42 (UTC +04:00)
Bakı-APA. Yanvarın 18-də Almaniyanın Drezden şəhərində „Alm.az“ Cəmiyyətinin təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə soydaşlarımızla yanaşı alman ictimaiyyətinin, o cümlədən Saksoniya parlamentinin nümayəndələri, Drezdendə fəaliyyət göstərən konsulluqların, eləcə də rus, yəhudi, ukrayna, qazax icmalarının təmsilçilərinin iştirakı nəzərdə tutulub.
Tədbirdə „Alm.az“ cəmiyyətinin sədri Ağahüseyn Babayev keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilən görünməmiş terror aktı barədə məlumat verəcək. Daha sonra „Azadlığa aparan yollar“ sənədli filmi nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR