Bank Of Baku

Almaniyada Xocalı soyqırımından bəhs edən kitab və Almanca-Azərbaycanca sözlük nəşr edilib

Almaniyada Xocalı soyqırımından bəhs edən kitab və Almanca-Azərbaycanca sözlük nəşr edilib
# 11 yanvar 2012 09:55 (UTC +04:00)
Bakı-APA. Almaniyada Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş kitab nəşr olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 242 səhifəlik kitabın müəllifi Rolf Kunshdur. Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin səyi sayəsində ərsəyə gələn kitabda Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, erməni vandallarının dinc azərbaycanlılara qarşı törətdiyi qətliam insanlığa qarşı cinayət kimi səciyyələndirilib. Berlində yaşayan azərbaycanlı, Alman-Azərbaycan Akademiklər Cəmiyyətinin sədri, professor Əhməd Umid Yazdaninin müəllifliyi ilə 900 səhifəlik, 45 mindən artıq söz və ifadədən ibarət “Almanca-Azərbaycanca sözlük” də işıq üzü görüb. Kitabda Cənubi Azərbaycan türkcəsinin də qarşılığı göstərilib, sözlük əlavə sözlərlə yeniləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR