Bank Of Baku

İranın Norveçdəki səfirliyinin qarşısında etiraz aksiyası keçirilib - FOTO

İranın Norveçdəki səfirliyinin qarşısında etiraz aksiyası keçirilib - <font color=red>FOTO</font>
# 16 yanvar 2012 07:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Norveçdə yaşayan azərbaycanlılar İranın Oslodakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Bu barədə APA-ya Norveçdə yaşayan azərbaycanlı, Osloda fəaliyyət göstərən “Xəzər Yanar” Dərnəyinin üzvü Şərvin Nəcəfpur məlumat verib. Onun sözlərinə görə, tədbir Urmiya gölünün süni səbəblərlə qurudulmasına və dünyanın üçüncü böyük duzlu gölünə İran hökumətinin laqeyd münasibətinə etiraz məqsədilə keçirilib. Yanvarın 14-də yerli vaxtla saat 15:00-dan 16:00-dək keçirilmiş etiraz aksiyası “Xəzər Yanar” Dərnəyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Norveç parlamentinin qarşısından başlayan, İranın Oslodakı səfirliyinin binasının qarşısına qədər davam edən yürüşdə Urmiya gölünün rəsmləri və piketin məqsədini ifadə edən şüarlar yazılmış plakatlar – “Save lake Urmia!”, “Save lake Urmia from drying!”, “Free innocent prisoners!”, “Free 35 milion South Azerbaijanians from İran!” və s. nümayiş etdirilib. İran hökumətinin Urmiya gölünə göstərdiyi laqeyd münasibətə son qoymağını tələb edən şüarlar ‎"Urmiya gölü can verir, məclis onun qətlinə fərman verir!" və s. səsləndirilib. Daha sonra tədbir səfirliyin binası qarşısında aksiya keçirtməklə davam etdirilib. Aksiya ingilis dilində bəyanat oxunulması və “Azərbaycan” mahnısının tədbir iştirakçılarının birgə ifasında sona çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR