Bank Of Baku

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşüb
# 19 yanvar 2012 12:18 (UTC +04:00)
Bakı-APA. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyə parlamenti nümayəndə heyətinin üzvləri Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun qəbul edilməsinə Azərbaycan diasporunun etiraz kampaniyasını yüksək dəyərləndiriblər. Görüşdə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub, Azərbaycan və türk diasporlarının Azərbaycan prezidenti İlham Əliyevin “bir millət-vahid diaspor” prinsipi əsasında fəaliyyət göstərməsinin əhəmiyyəti qeyd olunub və bu məqsədə çatmaq üçün işin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Komitə sədri Nazim İbrahimov Azərbaycan diasporunun Azərbaycanın milli maraqları ilə yanaşı Türkiyənin də milli maraqlarını daim qoruduğunu bildirib və bunun Azərbaycan xalqı, Azərbaycan diasporu üçün bir könül işi olduğunu vurğulayıb. O, Azərbaycan prezidentinin “bir millətin iki diasporu olmaz” kəlamlarını rəhbər tutaraq bildirib ki, Azərbaycan və türk diasporları vahid diaspor kimi çıxış edərlərsə onların nüfuzu və təsir imkanları artar, xalqlarımız və dövlətlərimizin maraqlarını daha uğurla qorumuş olarlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR