Bank Of Baku

ABŞ-dakı Azərbaycan icması ölkədə İnternet senzurasına qarşı çıxıb

ABŞ-dakı Azərbaycan icması ölkədə İnternet senzurasına qarşı çıxıb
# 20 yanvar 2012 08:33 (UTC +04:00)
Nyu-York. İzabel Levin – APA. ABŞ-dakı Azərbaycan diasporu ölkədə İnternet senzurasına qarşı çıxaraq “İnternet piratçılığına qarşı” və “İP-nin müdafiəsi haqqında” qanun layihələrinə etiraz ediblər. APA-nın Vaşinqton müxbirinin xəbərinə görə, diaspor nümayəndələri bəzi ABŞ rəsmilərinə məktublar göndəriblər. Onların fikrincə, bu iki qanunvericilik aktı internetin ölümünə səbəb ola bilər.

Kampaniya ABŞ Azərbaycan Şəbəkəsi tərəfindən təşkil olunub. ABŞ azərbaycanlıları hesab edir ki, hər iki akt korporasiyalara və hökumətə amerikalıların internet vasitəsilə məlumat əldə etmək imkanlarını nəzarət altına almağa səbəb olacaq ki, bu da fərdi insan haqlarının birbaşa pozulması deməkdir: “Əgər bu qanun layihələri qəbul olunsa, o zaman insanların “Youtube”da video yerləşdirdiyinə görə, yaxud “Facebook”da video paylaşdığına görə həbsə atılmasına əsas yaranacaq, bir sözlə, bizim söz azadlığımızı sərt şəkildə məhdudlaşdırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR