Bank Of Baku

Sankt-Peterburqda 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib

Sankt-Peterburqda 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib
# 21 yanvar 2012 12:47 (UTC +04:00)
Sankt-Peterburq. Fərid Əkbərov - APA. Rusiyanın şimal paytaxtında 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun və “Sankt-Peterburqun Azərbaycan diasporu” regional ictimai təşkilatın dəstəyi keçirilən tədbirdə Azərbaycan diasporunun nümayəndələri, şəhərdə təhsil alan azərbaycanlı tələbələr, Sankt-Peterburqda fəaliyyət göstərən türkdilli diasporların nümayəndələri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov iştirakçılara 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrin səbəblərindən danışıb.

Daha sonra “Sankt-Peterburqun Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Heydər İmanov, “Sankt-Peterburq Azərbaycan İnvestorları Asosiasiyası”nın sədri Pərviz Quliyev və “Naxçıvanın dostları” informasiya mərkəzinin sədri İdris Qəhrəmanov çıxış ediblər.

Mərasimdən sonra şəhidlərimizin əziz xatirəsinə dualar oxunub və ehsan süfrəsi təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR