Bank Of Baku

Türkiyənin İzmir şəhərində 20 Yanvar faciəsi anılıb

Türkiyənin İzmir şəhərində 20 Yanvar faciəsi anılıb
# 21 yanvar 2012 23:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyənin İzmir şəhərində 20 Yanvar faciəsinin 22-ci il dönümü ilə bağlı tədbir keçirilib. Bu barədə APA-ya İzmir Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Camal Məmmədxanoğlu məlumat verib. O bildirib ki, anma mərasimi rəhbəri olduğu təşkilatın təşəbbüsü və təşkilatçılığı ilə qeyd edilib: “20 Yanvar şəhidlərini anmaq və bu faciənin günahkarlarını qınamaq məqsədilə Fuar Gənclik Teatrında tədbir keçirdik. 20 Yanvar faciəsinin 22-ci ildönümündə MHP sədrinin müavini, sabiq İğdır millət vəkili, əslən Azərbaycandan olan Abbas Bozyel də iştirak etdi. Tədbir iştirakçıları onun və digər məruzəçilərin çıxışlarını dinlədilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR