Bank Of Baku

Fransa Senatında nəzərdə tutulan səsvermə ilə əlaqədar bu ölkənin Ukraynadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

Fransa Senatında nəzərdə tutulan səsvermə ilə əlaqədar bu ölkənin Ukraynadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
# 23 yanvar 2012 15:30 (UTC +04:00)
Aksiya iştirakçılarının APA-ya verdiyi məlumata görə, bu gün Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirələri nəzərdə tutulur. Qanun layihəsinə görə, “soyqırım”ı inkar edənlər üçün bir il həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulub. Qanun layihəsinə etiraz olaraq Ukraynada “Plyus Demokratiya” Beynəlxalq İctimai Təşkilatı Fransanın bu ölkədəki səfirliyi qarşısında aksiya keçirib. Aksiya zamanı “Tarixi saxtakarlığa son qoyulsun!”, “İkili standartlara son qoyulsun!”, “Demokratiyanın əsas prinsiplərini pozmağa imkan vermərik”, “Paris digər ölkələrə hansı nümunələri göstərir?” kimi şüarlar səsləndirilib.
İctimai Təşkilatın rəhbəri Hikmət Cavadov bildirib ki, türklər öz tarixlərini yaxşı bilirlər: “Heç kim məni olmayan soyqırımı tanımağa məcbur edə bilməz. Fransa hökumətinin hazırkı təşəbbüsü bu ölkədə yaşayan digər millətlərin uzunmüddətli mübarizəsinə səbəb olacaq”.
Aksiyanın koordinatoru Dmitri Kulibaba deyib ki, belə hadisələrə peşəkar tarixçilərin qiymət verməsi daha yaxşı olar, qonşu iki ölkə arasında mövcud problemlərin həll olunmasına üçüncü bir ölkə müdaxilə etməməli və bundan öz məqsədləri üçün istifadə etməməlidir.
Nümayişin sonunda səfirdən Fransa prezidenti Nikolya Sarkozidən insan hüquqlarını pozan qanun layihəsinin qəbul edilməsinin qarşısını almaq üçün tədbirlər görməsini tələb edən müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR