Bank Of Baku

İstanbulda “Xocalıya ədalət” kampaniyası çərçivəsində sərgi öz işinə başlayıb - FOTOSESSİYA

İstanbulda “Xocalıya ədalət” kampaniyası çərçivəsində sərgi öz işinə başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 17 fevral 2012 15:44 (UTC +04:00)
İslam Konfransı Gənclər Forumundan APA-ya verilən məlumata görə, sərginin açılış mərasimində Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş Katibi səfir Halil Akıncı, millət vəkili Ceyhun Osmanlı, o cümlədən faciənin şahidləri çıxış ediblər. Onlar öz çıxışlarında faciə ilə bağlı dünyanın bir çox ölkələrində aparılan təbliğat işini daha da gücləndirməyə tövsiyə edib, dünya ictimaiyyətini Xocalı qırğınını törədənləri hüquqi məsuliyyətə cəlb etmək üçün səy göstərməyə çağırıblar. Mərmərə Universiteti Türk Araşdırmaları kafedrasının dosenti Nesrin Sarıahmedoğlu faciənin mahiyyətini və tarixi aspektlərini özündə əks etdirən “26 fevraldan bu günə qədər” adlı mövzu ilə çıxış edib.
Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası 2008-ci il 8 may, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 30-dən çox ölkəsində uğurla həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR