Bank Of Baku

Kiyevdə Xocalı ayı çərçivəsində “Fəryad” bədii filmi nümayiş etdirilib

Kiyevdə Xocalı ayı çərçivəsində “Fəryad” bədii filmi nümayiş etdirilib
# 24 fevral 2012 03:34 (UTC +04:00)
Bakı-APA. Ukraynada elan olunan Xocalı ayı çərçivəsində İslam Konfransı Gənclər Forumunun, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Kiyev şəhərinin mərkəzi Oktyabr kinoteatrında Fəryad filmi nümayiş etdirilib.

Film başlanmazdan əvvəl Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini İlhamə Allahverdiyeva çıxış edərək ermənilərin 1988-ci ildən başlayaraq Azərbaycanın dağlıq Qarabağ və digər bölgələrində həyata keçirdikləri işğalçılıq və soyqrım siyasəti haqqında ətraflı məlumat verib.

O, düşmən tərəfindən 20 il öncə Xocalı şəhərinin sakinləri ilə birlikdə yerlə yeksan edildiyini diqqətə çatdırıb. Beynəlxalq təşkilatların bu qanlı faciəyə hələdə hüquqi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndirən natiq son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən tədbirlərin tarixi əhəmiyyətindən danışıb.

Sonra Qarabağ həqiqətlərini əks etdirən “Fəryad” bədii filmi ilk dəfə olaraq Ukrayna ictimaiyyətinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR