Bank Of Baku

Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə İsveç parlamentində müzakirə olunacaq

Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə İsveç parlamentində müzakirə olunacaq
# 24 fevral 2012 23:38 (UTC +04:00)
Bakı-APA. Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətə dair qətnamə müzakirə olunmaq üçün İsveç parlamentinə təqdim olunub. Bu barədə İsveç Azərbaycanlıları Konqresinə parlamentin dəftərxanasından məlumat verilib.
Qətnamənin müzakirə və səsə qoyulma tarixi bilinməsə də parlamentin ilk iclasının mart ayında keçiriləcəyi məlumdur.
Xatırladaq ki, qətnamə İsveç parlamentinin «Yaşıllar» partiyasından olan üzvü Mehmet Kaplan tərəfindən təqdim olunub. Sənəddə İsveç siyasi ictimaiyyəti və hökumətinin nəzərinə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesindəki durğunluq çatdırılır və vəziyyətdən çıxmaq üçün konkret addımlar atmaq təklif olunur.
İsveç Azərbaycanlıları Konqresi həmçinin isveçli deputatlara müzakirə etmək üçün Xocalı soyqırımına dair 20 səhifəlik sənəd təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR