Bank Of Baku

Norveç kral ailəsi və baş nazirliyi azərbaycanlı sənətçiyə təşəkkür məktubu göndərib

Norveç kral ailəsi və baş nazirliyi azərbaycanlı sənətçiyə təşəkkür məktubu göndərib
# 25 fevral 2012 00:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Norveç kral ailəsi və baş nazirliyi azərbaycanlı sənətçi Təbrizli Məmməd Rzaya təşəkkür məktubu göndərib. Bu barədə APA-ya hazırda Norveçdə siyasi mühacirət həyatı yaşayan, əslən Güney Azərbaycandan olan soydaşımız özü məlumat verib. Onun sözlərinə görə, təşəkkür məktubu Oslodakı terror aktında həyatını itirən insanlar üçün bəstələdiyi “Ölümə qarşı gül” adlı mahnıya çəkdiyi klipə görə göndərilib: “Norveçdə yaşayan mühacirlər olaraq yerli xalqın çətin günlərində onlara dəstək və yardımçı olmalıyıq. Mən də daha əvvəl bəstələdiyim mahnıya norveçli şair dostum Erling Kittelsenin də köməyi ilə klip çəkdim. Beləliklə norveçlilərin ağrılarına ortaq olmağa çalışdım. Kral ailəsi və baş nazirliyi də çəkilən bu klipə görə mənə təşəkkür məktubu göndərdi. Bu da mənim üçün olduqca sevindirici hadisədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR