Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan «Dostluq parkı» və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə açılıb
Əvvəlcə L.Əliyevanın Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç və qızı Yasmina İzetbeqoviç ilə görüşü olub. Görüşdə Sarayevoda «Dostluq parkı»nın açılışına görə təşəkkür bildirilib, bu tədbirin iki xalq arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyi vurğulanıb.
Gələcək əməkdaşlığın müzakirə olunduğu görüşdə Heydər Əliyev Fondunun Bosniya və Herseqovinada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyəti xüsusi qeyd edilib.
Sonra Bosniya və Herseqovinanın rəsmi şəxsləri, ictimai-siyasi xadimləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Sarayevoda yenidən qurulan «Dostluq parkı»nın açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, «Xocalıya ədalət» kampaniyasının təşəbbüskarı L.Əliyeva Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsinin və 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışında iştirak edib. Heykəltəraş Natiq Əliyevin müəllifi olduğu abidə iki dərdli ananın - yaşlı və cavan qadının obrazını əks etdirir. «Xocalıya ədalət» kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycanın maliyyə dəstəyi, Sarayevonun Novi Qrad bələdiyyəsi və Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin dəstəyi ilə reallaşan bu layihə Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində faciənin əsl mahiyyəti ilə bağlı həqiqətlərin təbliğinə xidmət edən mühüm hadisədir.
Mərasimdə çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü B.İzetbeqoviç xalqlarımızın tarixi münasibətlərindən danışıb. Hər iki ölkədə paytaxt şəhərlərinin adlarına küçələrin olduğunu diqqətə çatdıran B.İzetbeqoviç bildirib ki, L.Əliyevanın bu təşəbbüsü dostluq əlaqələrini daha da gücləndirəcək: «Bu abidə Azərbaycan ilə Bosniya və Herseqovinanın ağır günlərinin rəmzidir», - deyən B.İzetbeqoviç Heydər Əliyev Fondunun Bosniya və Herseqovinada gördüyü işləri yüksək qiymətləndirib və öz xalqı adından Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti L.Əliyeva Bosniya və Herseqovinanın rəhbərliyinə, o cümlədən Azərbaycan xalqının kədərini bölüşən bu ölkənin xalqına minnətdarlığını bildirib. L.Əliyeva 20 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımı nəticəsində 613 dinc sakinin qətlə yetirildiyini diqqətə çatdırıb: «Xocalıda baş verənlərin ağrısı bu günədək hiss olunur. Əfsuslar olsun ki, bu, dünyanın digər hissələri üçün də acınacaqlı nəticələr verib. Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşir və insanlığa qarşı bu cinayət XX əsrin sonlarında, düz Avropanın kəndarında törədilib. Bu dəhşətli qətliam zamanı Xocalının 613 dinc sakini qətlə yetirilib».
«Heydər Əliyev Fondu və «Xocalıya ədalət» kampaniyası Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoyub, - deyən L.Əliyeva bildirib ki, hazırda bu kampaniya 50 ölkədə keçirilir və onun nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalıda törədilmiş vəhşilikləri soyqırımı kimi tanıyıb. Bundan əlavə, Xocalı dəhşətləri Meksika və Pakistan parlamentləri tərəfindən də soyqırımı kimi qəbul olunub.
L.Əliyeva kampaniya çərçivəsində Xocalı soyqırımına dair kitab, buklet, disklərin hazırlandığını, dünyanın hər yerində müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib: «Bu gün etdiklərimizin heç biri Xocalı soyqırımının yaralarını sağalda bilməz. Bizim edə biləcəyimiz yalnız həmin dəhşətli tarixi yad etmək və qətliam zamanı öldürülən və ya ömürlük əlil olan uşaq, qadın və kişiləri unutmamaqdır».
Xəbər Lenti
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Əmtəə birjasında təbii qazın dəyəri artıb
“Brent” markalı neft ucuzlaşıb
Çində binada yanğın nəticəsində 14 nəfər ölüb
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv qərarları imzalayacağını açıqlayıb
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - YENİLƏNİB - FOTO
Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır
Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB