Bank Of Baku

Fransada Xocalı soyqırımının il dönümünə həsr olunmuş aksiya keçirilib - FOTOSESSİYA

Fransada Xocalı soyqırımının il dönümünə həsr olunmuş aksiya keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 fevral 2012 15:49 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Fevralın 25-də Fransanın Strasburq şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı aksiya keçirilib.

APA-nın Fransa müxbirinin verdiyi xəbərə görə, Strasburqun mərkəzi, Kleber meydanında «Azərbaycan evi» və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi tərəfindən təşkil olunan aksiyada 600-yə yaxın insan iştirak edib.

Aksiyada həmçinin Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, «Dağlıq Qarabağın Azərbaycanlı İcması» İctimai Birliyi İdarə Heyətinin üzvü və Xocalı soyqırımımın şahidi olmuş Cavid Əliyev iştirak ediblər.

Aksiyanın sonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 şar havaya buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR