Bank Of Baku

ABŞ-ın Massaçusets ştatındakı kollecin azərbaycanlı tələbəsi Xocalı qətliamı ilə bağlı kampaniya təşkil edib – FOTO

ABŞ-ın Massaçusets ştatındakı kollecin azərbaycanlı tələbəsi Xocalı qətliamı ilə bağlı kampaniya təşkil edib – <font color=red>FOTO </font>
# 28 fevral 2012 14:02 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın Massaçusets ştatındakı Maunt Holyok Kollecinin (Mount Holyoke College) tələbəsi Ceylan Məmmədova Xocalı qətliamının 20-ci ildönümü ilə bağlı kampaniya təşkil edib. APA-nın xəbərinə görə, kampaniya çərçivəsində broşürlar və kədər və qanı ifadə edən qırmızı qolbağları hazırlanıb. Tədbir ərzində, xüsusilə də fevralın 25-26 kollecin tələbələri bu qolbağlarını taxıblar. Tələbələr bu faciə ilə bağlı ürək sözlərini yazıblar.
C.Məmmədova faciə ilə bağlı bir qrup tələbə ilə müzakirələr aparıb, 36 nəfərin imzasını toplayıb, Facebook səhifəsi açıb. O, soyqırımını əks etdirən fotolardan ibarət sərgi, Xocalı faciəsi ilə bağlı panel keçirməyi, kollecdə “Məhəl qoyulmayan insan haqları” adlı klub açmağı planlaşdırdığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR