Əli Həsənov: “Azərbaycandakı gənclərlə xarici ölkələrdəki azərbaycanlı gənclər bir-biri ilə əlaqəli işləməlidir”
Ə. Həsənov gənclərə xarici ölkələrdə Azərbaycanın problemlərinə diqqəti cəlb etmək metodologiyası haqda da məsləhətlərini verib: “Xarici ölkələrdə Azərbaycanla bağlı çıxış edərkən elə bir metodologiya seçin ki, insanlar zalı tərk etməsin. Elə mövzular seçin və elə yanaşın ki, Azərbaycan problemlərini, Xocalı faciəsini, erməni vəhşiliyini onların diqqətinə çatdıra biləsiniz. Çünki heç bir xarici auditoriyaya saatlarla Xocalı faciəsi haqqında danışa bilməyəcəksiniz”.
Ə. Həsənov bildirib ki, Azərbaycanda yaşayan gənclərlə xarici ölkələrdəki azərbaycanlı gənclər bir-biri ilə əlaqəli işləməlidir: “Bəzən Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov bura nümayəndə heyətləri göndərir. Belə də olmalıdır. Hər biz azərbaycanlı bacardığı işi görməlidir. Bu nümayəndə heyətlərinin Azərbaycandakı problemləri buradakı gənclərin üzərinə düşməlidir. Buradan gedən heyətləri isə xaricdəki gənclərimiz qarşılamalı və zəruri köməyi göstərməlidir. Bu anlamda yaradılacaq qurum Azərbaycanda aparılan siyasətin davamı olacaq. Bilin ki, Azərbaycan prezidenti İlham Əliyev başda olmaqla, onun bütün komandası siz gənclərə arxalanır, güvənir və sizin inkişafınızla bağlı əlimizdən gələni etməyə hazırıq”.
Ə. Həsənov qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycanda həyata keçirdiyi əsas işlərdən biri gənclər siyasətini formalaşdırması oldu: “1994-cü ilin əvvəlində məhz onun fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Bu nazirliyin qarşısına gəncliyi səfərbər etmək, toplamaq, vahid istiqamət üzrə formalaşdırmaq, idarə etmək, onların bu günü və gələcəyi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini hazırlamaq və həyata keçirmək vəzifəsi qoyuldu. 1994-cü ildən başlayaraq indiki işlərin təməli qoyuldu. O zaman dünyadakı azərbaycanlı gəclər haqqında danışmaq mümkün deyildi. Həmin vaxtlar biz ancaq ölkə daxilində vətəndaşlarımıza - gənclərimizə dövlətçilik ideologiyası formalaşdırmağa çalışırdıq. Bu gün nəinki Azərbaycanda, hətta dünyada dövlətçiliyimizin maraqları uğrunda aparılan işlərin ağırlığına öz çiyinlərini verən gənclik formalaşıb. İntelekti, milli vətənpərvərlik hissləri, bacarıqları ilə dövləti layiqincə təmsil etmək bacarığında olan gənclik formalaşıb. Eyni zamanda dünya ölkələrində dövlətimizi təmsil edən gənclər ordusu yaranıb. Bu gün biz Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayını keçiririk. Burada cəmlənən azərbaycanlı gəncləri Rusiyanın, Ukraynanın parlamentlərində, nüfuzlu ictimai qurumlarında görsək, heç də heyrətlənmərik. Biz buna doğru gedirik. Bunu sözün həqiqi mənasında alqışlamağa dəyər. Gənclərimizin dünyanın bütün ölkələrində milli maraqlarımıza xidmət edən addımları Azərbaycan dövləti, xalqı və prezidentinin diqqətindən kənarda qalmır. Biz bunların hamısını izləyirik və qürur hissi keçiririk. Zaman gələcək, bu tipli fəaliyyətlə Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Baltikyanı ölkələrin parlamentlərindən səsiniz gələcək”.
Xəbər Lenti
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Əmtəə birjasında təbii qazın dəyəri artıb
“Brent” markalı neft ucuzlaşıb
Çində binada yanğın nəticəsində 14 nəfər ölüb
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv qərarları imzalayacağını açıqlayıb
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - YENİLƏNİB - FOTO
Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır
Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB