Bank Of Baku

ASAİF Budapeştdə növbəti forum keçirəcək

ASAİF Budapeştdə növbəti forum keçirəcək
# 13 mart 2012 10:35 (UTC +04:00)
Bakı-APA. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) 5-8 aprel tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək növbəti foruma ərizə qəbulu elan edir. ASAİF-dən APA-ya verilən məlumata görə, forumun keçirilməsində əsas məqsəd dünyanın müxtəlif nüfuzlu ali məktəblərində təhsil alan gənclərin milli-mənəvi dəyərlər ətrafında birləşərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilində şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaq, dövlət rəsmiləri ilə gənclərimizi bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda Macarıstan-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığının artırmaqdır.
6 apreldə Budapeştdə gənclərin Azərbaycanın xarici ölkələrdəki fövqəladə və səlahiyyətli səfirləri ilə müzakirələr proqramı ilə başlanılması planlaşdırılan forum, Macarıstan parlamentində açılış mərasimi ilə davam edəcək. Açılışda gənclər və idman naziri Azad Rəhimov, Prezidentin Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili Ceyhun Osmanlı və bir çox digər millət vəkilləri, Macarıstan rəsmiləri və parlamentarilərinin, həmçinin bir çox media strukturların rəhbər heyətləri, biznes struktur rəhbərləri, ictimai xadimləri və müxtəlif sahələrdən olan qonaqların iştirakı nəzərdə tutulub. Axşam ziyafətindən sonra Azərbaycan mədəniyyət gecəsi təşkil olunacaq.
Forumun 2-ci günündə gənclər öz fikirləri, qarşılaşdığı problemləri, təklif və ideyalarını Azərbaycan dövlət rəsmiləri ilə bölüşəcək. Eyni zamanda, ASAİF-in xarici ölkələr üzrə nümayəndələrinin məruzələri və 4 fərqli mövzunu əhatə edən işçi qruplar üzrə müzakirələrin keçirilməsi nəzərdə tutulub. 2-ci günün sonunda təntənəli bağlanış mərasimi ilə forumun işinə yekun vurulacaq.
Foruma müraciət ərizələrinin qəbulunun son tarixi martın 21-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR