Bank Of Baku

Gürcüstanın dövlət naziri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstanın dövlət naziri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib
# 20 mart 2012 11:17 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan baş nazirinin müavini, reinteqrasiya məsələləri üzrə dövlət naziri Eka Tkeşelaşvili etnik azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirin müşaviri Savalan Mirzəyev bildirib. Dövlət naziri təbrikində Novruz bayramının Gürcüstanda ənənəvi şəkildə hər il qeyd edildiyini vurğulayıb.

“Novruz - Yeni ilin simvolu, sevinc və xoşbəxtliyin başlanğıcıdır. Gürcüstan hər zaman özünün etnik və dini rəngarəngliyi ilə fərqlənib. Biz azərbaycanlıların mədəniyyətini, dilini və adət-ənənələrini hər zaman özünəməxsus şəkildə dəstəkləyəcəyik. Biz əsrlərlə birgə yaşayırıq və bu gün biz Gürcüstanda yeni, demokratik qiymətlərə malik, müstəqil bir dövət qururuq. Novruz bayramınız mübarək”, - deyə E. Tkeşelaşvili təbrikində qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR