Bank Of Baku

Budapeştdə “Mən gənc səfirəm” ASAİF forumu işə başlayıb - FOTO

Budapeştdə “Mən gənc səfirəm” ASAİF  forumu işə başlayıb - <font color=red>FOTO</font>
# 06 aprel 2012 14:35 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumda 25-dən artıq ölkədən 200-dək gənc iştirak edir. İki gün davam edəcək foruma Almaniya, Çin, Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı, Çexiya, Türkiyə, Avstraliya, Belçika, Böyük Britaniya, İtaliya, Fransa və digər ölkələrdən tələbələr qatılıb. Forum çərçivəsində Azərbaycanın xarici ölkələrdəki fövqəladə və səlahiyyətli səfirləri ilə forum iştirakçılarının görüşü, eyni zamanda Azərbaycan gənclər təşkilatlarının rəhbərləri ilə Macarıstan gənclər təşkilatları rəhbərlərinin görüşü və müxtəlif layihələrlə bağlı birgə müzakirələr nəzərdə tutulub.

Forumun mühüm əhəmiyyət kəsb edən bölümü Macarıstan parlamentində gerçəkləşəcək. Burada gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət qulluğu komissiyasının sədri Bəhram Xəlilov, Milli Məclisin komitə sədri Səməd Seyidov, Milli Məclisin üzvləri Ceyhun Osmanlı, Fuad Muradov, Azərbaycanın xarici ölkələrdəki səfirləri Vilayət Quliyev, Həsən Həsənov, Fəxrəddin Qurbanov, Pərviz Şahbazov, Həsən Məmmədzadə və Qalib İsrafilov gənclərlə görüşlər keçirib, fikir mübadiləsi aparacaqlar.

Forumun növbəti günü “Xaricdə təhsil alan Azərbaycanlı Gənclərin təşkilatlanma, diaspora və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər”, “Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu”, “Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları”, “Sosial şəbəkələr və KİV-in gənclərin ictiami –siyasi fəallıqlarının artırılmasındakı rolu” mövzularında panel müzakirələr aparılacaq.
Tədbir Azərbaycan mədəniyyət gecəsi ilə sona yetəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR