Bank Of Baku

“Mən gənc səfirəm” ASAİF Forumu çərçivəsində gənclərin Azərbaycanın müxtəlif ölkələrdəki səfirləri ilə görüşü keçirilib - FOTOSESSİYA

“Mən gənc səfirəm” ASAİF Forumu çərçivəsində gənclərin Azərbaycanın müxtəlif ölkələrdəki səfirləri ilə görüşü keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 06 aprel 2012 14:47 (UTC +04:00)
Bakı-APA. Macarıstanın Budapeşt şəhərində “Mən gənc səfirəm” ASAİF Forumu çərçivəsində gənclərin Azərbaycanın müxtəlif ölkələrdəki səfirləri ilə görüşü keçirilib. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Almaniyadakı səfiri Pərviz Şahbazov, Litvadakı səfiri Həsən Məmmədzadə, Avstriyadakı səfiri Qalib İsrafilov, İtaliyadakı səfiri Vaqif Sadıxov, Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Polşadakı səfiri Həsən Həsənov və Ukraynadakı səfiri Eynulla Mədətli iştirak ediblər. Səfirlərin hər biri daim intellektual, geniş dünyagörüşünə malik, təhsil aldıqları sahəni dərinliklərinə kimi bilən, aktiv gənclərin Azərbaycanın gələcəyinə yönəlmiş böyük potensial olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, hansı ölkədə təhsil almalarından asılı olmayaraq, mənsub olduqları ölkə haqda dərin biliklər, geniş dünyagörüşü onlara səfir kimi yetişməkdə yardımçı olacaq.
Bildirilib ki, bu gün Ukraynada üç min, Böyük Britaniyada mindən artıq azərbaycanlı tələbə təhsil alır. Bu tələbələrin sayının getdikcə artması Azərbaycanın gələcəyinə xüsusi bir töhfədir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR