Tale Heydərov: “Azərbaycanlı gənclər daha aktiv şəkildə lobbiçilik fəaliyyətinə cəlb olunmalıdırlar”
APA-nın məlumatına görə, azərbaycanlıların xaricdə təhsil almasının tarixi barədə danışan T. Heydərov bildirib ki, Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 1919-cu ildə yaranmasına qədər Azərbaycanın bir çox ziyalıları məhz xaricdə təhsil almışdılar. Bunların sırasında Həsən bəy Zərdabi, Fətəli Xan Xoyski, Nəcəf bəy Vəzirovun və başqalarının adını çəkən AAC sədrinin sözlərinə görə, Azərbaycan 1918-ci ildə müstəqillik əldə edəndən sonra ali təhsil mütəxəssislərinə ehtiyac özünü daha aydın göstərməyə başlayıb: “Azərbaycan Maarif Nazirliyi bu işi görmək üçün 7 milyon manat vəsait ayırmış, həmin vəsait hesabına Rusiya, Fransa, Türkiyədə tələbələrin oxuması, İngiltərə, Fransa, İtaliya və Türkiyəyə tələbə göndərilməsi ilə bağlı rəsmi qərar qəbul olunmuşdu”.
T. Heydərov çıxışında tarixi təcrübənin öyrənilməsinə diqqət yetirməyinin zəruriliyini qeyd edib: “Azərbaycanın xaricdə təhsillə bağlı tarixi tələbə hərəkatını öyrənməyə ehtiyac var. Vaxtilə Avropanın müxtəlif ali təhsil məktəblərində təhsil almış şəxslərin fəaliyyəti tədqiq olunmalıdır. Bu, eyni zamanda Avropa təhsil sistemində inteqrasiyanın əsasını qoymuş həmin şəxslərin ruhuna hörmət, nəsillər arasında mühüm körpü yaratmış olar. Məlumat üçün bildirmək istəyirəm ki, hazırda Avropa-Azərbaycan Cəmiyyəti Azərbaycan Demokratik Respublikası tərəfindən xaricdə təhsil almağa göndərilmiş tələbələr haqqında “100 tələbə” adlı layihə üzərində çalışır, ayrı-ayrı Avropa dövlətlərində bu istiqamətində araşdırmalar aparılır. Layihənin reallaşması nəticəsində sənədli film hazırlanacaq və sənədlər toplu nəşr olunacaq”.
Daha sonra Tale Heydərov xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması, diaspora və lobbiçilik fəaliyyətinin müasir nəzəriyyəsindən bəhs edib, bildirib ki, azərbaycanlı gənclərin xaricdə təhsilinin xüsusiyyətinin müəyyənləşdirilməsi zəruridir: “Hamıya məlum olduğu kimi, xarici təhsilin strategiyası, onun təşkili, həyata keçirilməsi və idarə olunması, məzunların işlə təmin edilməsi və s. tədbirlər dövlət proqramı səviyyəsində tənzimlənir. Belə bir vəziyyət azərbaycanlı gənclərin xaricdə təhsili tarixində keyfiyyətcə yeni bir dövrdür”.
AAC sədri xaricdə təhsil alan tələbələrin təşkilatlanması və diaspora işi ilə məşğul olması barədə də danışıb: “Diaspora fəaliyyətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, xaricdə olan azərbaycanlıları vahid platformada birləşdirsin. Bu platformanın əsasında isə azərbaycançılıq ideologiyası durur. Avropanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərin tam coğrafiyasının müəyyənləşdirilməsinə ehtiyac var. Hər bir ölkədə azərbaycanlıların təhsil aldıqları universitetlərdə Azərbaycan təşkilatlarının yaradılması, ölkələr üzrə təşkilatların formalaşdırılması və bu təşkilatların demokratik, müstəqil və yaradıcı fəaliyyətinin təşkil olunması çox vacibdir. Bu proses həmin təşkilatların fəaliyyət göstərdiyi ölkədə Azərbaycanın tanıdılması və lobbi qrupların yaradılması istiqamətində fəaliyyətin effektivliyinə birbaşa təsir edir. Fikrimcə, gəncliyin spesifikasını, onun daim inkişafda, yeniliklərə açıq olduğu tələbə kontingentinin dəyişkənliyini və digər şərtləri nəzərə alaraq, ciddi mərkəzləşdirməyə üstünlük verməmək daha məqsədəuyğun olar. Yüksək standartlarla birgə azərbaycanlı gənclərin xarakterinə cavab verən təşkilatlar diaspora və lobbiçilik fəaliyyətinin uğurunun başlıca amilidir”.
T. Heydərov AAC-nin bu sahədəki təcrübəsindən də söz açıb. Deyib ki, AAC Londonda təsis edilən müstəqil qeyri-hökumət təşkilatıdır və əsas məqsədi Azərbaycanın Avropada tanıdılmasına, ümummilli problemlərin dünyaya çatdırılması və həllində Avropa İttifaqı ölkələrinin dəstəyini almaqdır. O, AAC-ın Almaniya, Belçika, Fransa və digər ölkələrdə Azərbaycanın tarixinə, mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsinə dair hərtərəfli akademik yanaşmaya əsaslandıran məlumatlanma işləri apardığını deyib: “Avropa-Azərbaycan Cəmiyyəti fəaliyyətinin bütün istiqamətlər, o cümlədən diaspora fəaliyyətinə dair hüquqi mütəxəssislər tərəfindən hazırlanmış xüsusi konsepsiyalara malikdir. Bu da bizim işimizi ən müasir tələblər səviyyəsində qurmağa imkan verir. Cəmiyyətin konsepsiyasında xaricdə təhsil alan tələbələrə də xüsusi yer ayrılıb”.
O, Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsinin, qurultayda milli sənədlərin qəbul edilməsinin diaspora fəaliyyətində irəliləyişə səbəb olduğunu qeyd edib: “Təəssüf ki, bu fikri lobbiçilik haqqında söyləmək mümkün deyil. Avropa-Azərbaycan Cəmiyyəti bunu nəzərə alaraq, lobbiçilik sahəsində də ümummilli fəaliyyət istiqamətlərini hazırlayıb və bu istiqamətdə iş üzrə təcrübə toplayıb. Çox gərgin fəaliyyət nəticəsində hazırda Böyük Britaniya, Almaniya, Belçika, Fransa və digər ölkələrin parlamentləri, nüfuzlu siyasi partiyaları, elm və mədəniyyət xadimləri ilə hərtərəfli əlaqələr qurulub”.
Əsas lobbiçilik fəaliyyətlərinin Avropa ölkələrində Azərbaycanın mənafeyini müdafiə edən müxtəlif qrupların yaradılmasından ibarət olduğunu qeyd edən T. Heydərov həmin qrupları geniş materiallarla tanış etdiklərini, Azərbaycanla əlaqələndirdiklərini söyləyib: “Lobbi quruculuğu zamanı xüsusi diqqət yetirdiyimiz bir məsələ üzərində də dayanmaq istəyirəm. Bu da anti-Azərbaycan qüvvələrinin genişlənən lobbiçilik fəaliyyətimizdən narahat olaraq bizə qarşı apardığı əks təbliğatın nəzərə alınması ilə bağlıdır. Bu cür qüvvələr Azərbaycanın artan nüfuzundan qorxaraq, ölkəmizi dəstəkləyən lobbi qruplarına qarşı sözün əsl mənasında media müharibəsi təşkil edir, onları gözdən salmağa çalışırlar. Belə bir təbliğata hazır olmaq və lobbi qrupumuzun müdafiəsi də bizim əsas vəzifələrimizdən biridir. Düşünürəm ki, lobbiçilik fəaliyyəti zamanı daha çox professionallıq və təcrübəyə ehtiyac var. Bu sahədə diletantlıq əksər vaxtda əks nəticələr verir, hətta ölkənin nüfuzdan düşməsinə gətirib çıxarır. Qeyd edə bilərəm ki, Avropa-Azərbaycan Cəmiyyətinin Avropanın yuxarıda adları çəkilən nüfuzlu dövlətlərində lobbi quruculuğu sahəsində hərtərəfli təcrübəyə malik olan strukturları var. Xaricdə təhsil alan azərbaycanlı gənclərin də bu sıraya gətirilməsi vacibdir. Azərbaycanlı gənclər daha aktiv şəkildə lobbiçilik fəaliyyətinə cəlb olunsalar, daha yaxşı olar”.
T. Heydərov Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünyaya çatdırılmasında xaricdə təhsil alan tələbələrin çox böyük imkanlarının olduğunu da vurğulayıb: “Xaricdə təhsil alan tələbələr, onların ayrı-ayrı təşkilatlarının vahid strategiyası yaradılmalıdır. Bundan başqa, xarici auditoriya üçün yüksək peşəkarlıqla kitabların, filmlərin, digər layihələrin hazırlanmasına ehtiyac var. Həmin layihələr hazırlandıqdan sonra isə xaricdə təhsil alan tələbələr təhsil aldıqları universitetlərdə təqdimatlar keçirsin, müxtəlif akademik dairələrə bununla bağlı məlumatlar versinlər. Bu bizim lobbiçilik şəbəkəsinin genişlənməsinə yeni imkanlar yarada bilər”.
T. Heydərov bildirib ki, AAC bu sahədə əməkdaşlığa hər zaman hazırdır. O, AAC tərəfindən Böyük Britaniya və Rusiyada nəşr edilmiş “Qafqazda erməni məsələsi: Rusiya arxiv sənədləri və nəşrləri üzrə” kitabının, Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərinin, o cümlədən Azərbaycan haqqında xarici studiyalarda birgə hazırlanmış müxtəlif sənədli filmlərin təqdimatının keçirilməsini münasib hesab etdiklərini bildirib.
T. Heydərov lobbi quruculuğu zamanı bu və ya digər ölkədə gənc və perspektivli siyasi qüvvələr, elmi mədəni dairələrlə işə xüsusi diqqət yetirməyin zəruriliyini də qeyd edib: “Biz həmin qüvvələri tapmağa, onlarla əməkdaşlığa çalışır, xaricdə təhsil alan tələbələri bu sahədə əməkdaşlığa dəvət edirik”.
Xəbər Lenti
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 172 nəfər xilas edilib, 6 nəfər ölüb- YENİLƏNİB-2
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib