Bank Of Baku

Ümumrusiya Azərbaycan Konqresi azərbaycanlı din xadiminin qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb

Ümumrusiya Azərbaycan Konqresi azərbaycanlı din xadiminin qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb
# 11 aprel 2012 15:37 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Moskvada azərbaycanlı din xadiminin qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb. APA-nın Moskva bürosunun məlumatına görə, bəyanatda bildirilir ki, 10 aprel tarixində Moskvada yaşayan həmyerlimiz, Rusiyadakı Azərbaycan diasporunun nümayəndəsi Mətin Mehdiyev vəhşicəsinə öldürülüb: “Şahidlərin sözlərinə görə, qətl 5 nəfərlik, tərkibində qız olan bir qrup tərəfindən törədilib. Qeyri-slavyan millətlərin nümayəndələrinə qarşı qızların təşkil etdiyi qrup tərəfindən törədilən bu qətl birinci deyil”.

ÜAK Mətin Mehdiyevin qətlini pisləyərək Moskva hüquq-mühafizə orqanlarını qətlin üstünü tez bir zamanda açmağa çağırıb və istintaqın gedişinə nəzarət edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR