Bank Of Baku

ABŞ-ın Gürcüstandakı səfiri Marneuliyə səfər edib

ABŞ-ın Gürcüstandakı səfiri Marneuliyə səfər edib
# 19 aprel 2012 11:18 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Demokratik Məşğulluq Mərkəzi istifadəyə verilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mərkəzin açılışını ABŞ-ın Gürcüstandakı səfiri Con Bass həyata keçirib. Səfir bildirib ki, mərkəzin açılışı aktual məsələlərin müzakirəsinə kömək edəcək: “Amerika bölgələrdə demokratik məşğulluq mərkəzlərin istifadəyə verilməsi üçün 5 milyon dollar ayırıb. Marneulidə açılan bu mərkəz onuncudur”.

Diplomat bölgədə yaşayan azərbaycanlı əhalinin dil probleminin aradan qaldırılması məsələsinə də toxunub: “Bu mərkəzdən istifadə etməklə milli azlıqlar dövlət strukturları ilə əlaqələrini möhkəmlədə və onları narahat edən problemləri həll edə bilərlər. Mərkəzdə hər bir şəxs kitabxana və internetdən istifadə edə bilər. Burada cəmiyyətdə baş verən hər bir hadisə ilə bağlı müxtəlif mövzularda tədbirlər, tematik gecələr, görüşlər və müzakirələr keçirmək, seçkilərlə bağlı açıqlamalar vermək, seçki platformalarını seçicilərlə tanış etmək və digər tədbirlər keçirmək üçün istənilən şərait var”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR