Bank Of Baku

Diasporla İş üzrə Dövlət Komitəsində Eskişəhər valisi ilə görüş olub - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsində Eskişəhər valisi ilə görüş olub - <font color=red>FOTO </font>
# 19 aprel 2012 14:51 (UTC +04:00)
Bakı-APA. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyətinin Eskişəhər şəhərinin valisi Kadir Koçdemirlə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə 2013-cü il üçün Türk Dünyası Mədəniyyət paytaxtı hazırlıqları çərçivəsində iki qurum arasında fəaliyyətin perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda daha da möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan danışılıb. Görüş zamanı Eskişəhərdə Azərbaycan dərnəklərinin fəaliyyəti məsələsinə də toxunulmuş və onların səmərəli fəaliyyət göstərdikləri qeyd olunub.
Görüşdə Eskişəhər şəhərinin valisi Kadir Koçdemirlə yanaşı bölgənin ümumi məclis sədri Ahmet Yapıcı və Türkiyənin Azərbaycandakı Səfirliyinin ikinci katibi Bahar Doğan da iştirak edib.
Qeyd olunub ki, Eskişəhər şəhərinin 2013-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təklifini 2011-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının XXIX toplantısında Türkiyənin mədəniyyət və turizm naziri Ertoğrul Günay irəli sürüb və bu təklif yekdilliklə bəyənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR