Bank Of Baku

Marneulidə Gürcüstan ombudsmanının ofisi açılıb - FOTO

Marneulidə Gürcüstan ombudsmanının ofisi açılıb - <font color=red>FOTO</font>
# 27 aprel 2012 13:37 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli şəhərində təmirdən sonra ölkənin insan haqları müdafiəçisinin (ombudsman) Kvemo-Kartli bölgəsi üzrə regional ofisi açılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ombudsman Giorgi Tuquşi ofisin uzun müddət kirayə olunan yerlərdə fəaliyyət göstərdiyini və əhalinin tələblərinə cavab vermədiyini, iş şəraitinin olmadığını bildirib. O, Mənsur Məhəmməd oğlu Yüzbaşovun ombudsmanın Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi təyin olunduğunu açıqlayıb.

M. Yüzbaşov 1979-cu ildə Marneulinin Alget kəndində anadan olub. Tiflis Aqrar Universitetinin iqtisadiyyat və hüquq fakültəsini bitirib. 2001-ci ildən indiyədək Kvemo-Kartli İnkişaf Mərkəzi adlı qeyri-hökumət təşkilatının sədri olub. Ailəlidir, 1 övladı var.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR