Bank Of Baku

Avropa Azərbaycanlıları Konqresinə yeni prezident seçilib

Avropa Azərbaycanlıları Konqresinə yeni prezident seçilib
# 29 aprel 2012 22:14 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova Konqresin prezidenti seçilib.

Qurultayda AAK-ın İcraiyyə Komitəsi və Nəzarət-Təftiş Komissiyasının tərkibi seçildikdən sonra AAK-ın I vitse-prezidentləri və vitse-prezidentləri də seçilib. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bulal Dündar birinci vitse-prezident, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycan Federasiyası İsveçin sədri Səttar Sevgin, Estoniya parlamentinin deputatı, “Bakı” klubunun həmsədri Eldar Əfəndiyev, ÜAK-nin Moskva şəhər Təşkilatının sədri İlqar Hacıyev isə vitse-prezident seçiliblər.

Toplantıda AAK-nın qətnaməsi, həmçinin qurultay nümayəndələrinin Azərbaycan prezidenti İlham Əliyevə müraciəti və digər sənədlər qəbul edilib.

Qeyd edək ki, AAK-nın IV Qurultayında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, millət vəkilləri, xarici ölkə təmsilçiləri, digər diaspor təşkilatlarının nümayəndələri və rəhbərləri iştirak ediblər.

AAK 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Ötən dövr ərzində quruma Başar Kömür başçılıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR