Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru: “Bizim elə gücümüz var ki, Xocalı soyqırımını Knessetdə nəinki müzakirəyə çıxara, hətta tanıda da bilərik” - MÜSAHİBƏ
- Bu gün iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir. Bu günlərdə İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri zamanı bunun bir daha şahidi olduq. Aviqdor Libermanın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunması iki ölkə arasında olan münasibətlərin nə qədər yüksək dərəcədə olduğunun göstəricisidir. Bir neçə il öncə İsrail prezidenti Şimon Peres də Azərbaycana səfər etmişdi. Azərbaycanla İsrail arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. İki ölkə arasında iqtisadi əlaqələr də inkişaf etdirilir. İsrail neftə olan tələbatının 70 faizini Azərbaycan nefti hesabına ödəyir. Bu yaxınlarda Azərbaycan İsraildən 1,6 milyard dollarlıq silah sursat alıb. Bu, İsrailin tarixində ən böyük silah satışıdır. Hələ indiyə kimi İsrail bu həcmdə, bu dəyərdə silahı heç bir ölkəyə satmayıb. Bildiyimə görə, İsrail yenidən Azərbaycana silah satıb, iki ölkə arasında silah alqı-satışına dair müqavilə imzalanıb. Bu onu göstərir ki, Azərbaycan İsrailin Cənubi Qafqazda ən əsas tərəfdaşıdır.
- İsraildə Azərbaycan köçmüş yəhudilərin sayı nə qədərdir və onlar İsrialin ictimai-siyasi həyatında hansı rolu oynayırlar?
- İsraildə Azərbaycandan köç etmiş yəhudilərin sayı 70 mindən çoxdur. Bunlar əsasən sovet dövründə, bir qismi isə sovetlər dağılandan sonra gələnlərdir. İsrailin həyatının bütün sahələrində Azərbaycan yəhudilərinə rast gəlmək mümkündür. Bildiyiniz kimi, İsrail səhiyyəsi dünyanın ən qabaqcıl səhiyyəsidir. Bu gün İsrail səhiyyəsində çalışan 180 həkim Azərbaycan Tibb Universitetinin məzunudur. Ölkənin ən güclü, ən çox tirajlı qəzetlərində Azərbaycandan gələn yəhudilər çalışır. Üç reytinqli qəzetin baş redaktoru Bakı yəhudisidir. Demək olar ki, bütün qabaqcıl sahələrdə Azərbaycandan gələn yəhudilər aktiv fəaliyyət göstərirlər. İsrail Knessetində Azərbaycan yəhudisi olan deputatlarımız olub, indi də var. Üç rayonun meri də Azərbaycan yəhudisidir.
- Azərbaycan gələn yəhudilər Azərbaycanla bağlı həqiqətlərin İsrail ictimaiyyətinə çatdırılmasında nə kimi rol oynayırlar?
- Azərbaycan yəhudiləri Azərbaycanla bağlı həqiqətlərin İsrail ictimaiyyətinə çatdırılmasında mühüm fəaliyyət göstərirlər. Bildiyiniz kimi, burada ermənilər də yaşayır. Onların da böyük icması var. Onlar da öz fəaliyyətləri ilə bağlı İsrail cəmiyyətində təbliğat aparırlar. Mənə bu gün İsraildəki Türkiyə səfirliyindən zəng etmişdilər. Bildirdilər ki, İsraildəki ermənilər Knessetdə “erməni soyqırımı” ilə bağlı tədbir keçirməyə hazırlaşırlar. Aprelin 24-də İsraildə dövlət tədbirləri olduğuna və İsrailin milli bayramı olduğuna görə Knesset tətildədir. Ona görə də, ermənilər həmin tədbiri mayın əvvəlində keçirməyi planlaşdırırlar. Bu məsələ bizim, Azərbaycandan gələn yəhudilərin nəzarətindədir.
İsrail Knessetində “erməni soyqırımı”nın müzakirələrə çıxarılmasının qarşısını alan adam bizim təşkilatın, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının rəhbəri, İsrail Knessetinin deputatı Aleks Miller olacaq. O, Knessetin təhsil komissiyasının rəhbəridir. Bu adam imkan vermir ki, “erməni soyqırımı” İsrail Knesseti tərəfindən tanınsın. Şəxsən o, son iki ildə “erməni soyqırımı”nın Knessetdə müzakirəyə çıxarılmasına imkan vermir. Bu işdə bizə deputat Lia Şemtov da köməklik edir. Bizim elə bir gücümüz var ki burada, nəinki, Xocalı soyqırımını müzakirəyə çıxara, hətta Knesset tərəfindən tanıtdıra da bilərik. İsrail bu gün təkcə Hitler tərəfindən qaraçılara qarşı törədilmiş soyqırımı tanıyır. Amma bu o demək deyil ki, Xocalı soyqırımı mövzusu müzakirə olunmamalıdır. Xocalı faciəsi dünyanın ən dəhşətli faciələrindən biridir.
- “AZİZ” təşkilat olaraq Xocalı soyqırımın israillilərə tanıdılmasında hansı işlər görür?
- Biz təşkilat olaraq hər il Xocalı soyqırımına həsr olunan tədbirlər keçiririk. Bu tədbirlər çox yüksək səviyyədə keçir. Builki tədbir də çox yüksək səviyyədə keçdi. Knessetin deputatlarının, İsrailin məşhur politoloqları və elm adamlarının iştirak etdiyi tədbirə Azərbaycandan da nümayəndə heyəti qatılmışdı. Tədbir zamanı Xocalı soyqırımına həsr olunan sərgi təşkil edilmişdi. Buradakı ermənilər tədbiri dağıtmaq üçün təxribata da əl atdılar. Lakin buna nail ola bilmədilər. Tədbir barədə İsrail mətbuatı yazdı. Nəinki İsraildə, hətta ABŞ-da məşhur olan “Jeruselim Post” qəzeti bu tədbirə geniş yer ayırmışdı.
Xocalı ilə bağlı tədbirlərin keçirilməsində, ümumiyyətlə Azərbaycanla bağlı tədbirlərin keçirilməsində Moskvada yaşayan yəhudi əsilli iş adamı German Zaxaryayev bizə köməklik edir. O, Quba yəhudisidir. Biz tədbirlərimizi onun vəsaiti hesabına keçiririk. Bundan başqa bizə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi də köməklik edir.
Xəbər Lenti
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Əmtəə birjasında təbii qazın dəyəri artıb
“Brent” markalı neft ucuzlaşıb
Çində binada yanğın nəticəsində 14 nəfər ölüb
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv qərarları imzalayacağını açıqlayıb
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - YENİLƏNİB - FOTO
Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır
Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər