Bank Of Baku

Avropa Azərbaycanlıları Konqresi Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı müraciət yayıb

Avropa Azərbaycanlıları Konqresi Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı müraciət yayıb
# 08 may 2012 14:06 (UTC +04:00)
Akı-APA. Avropa Azərbaycanlıları Konqresi (AAK) Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar AAK üzvləri, Avropada yaşayan azərbaycanlılara ünvanlanmış müraciət yayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə hazırda erməni işğalı altında olan Şuşa şəhərinin Azərbaycan tarixində özünəməxsus yeri olduğu bildirilir, onun əsasının Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən qoyulduğu bildirilir.
Müraciətdə Şuşanın 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının bilavasitə iştirakı və köməyi ilə işğal etdikləri, nəticədə 200-ə yaxın insanın qətlə yetirildiyi, 600 nəfərin yaralandığı, 150 nəfərin əlil olduğu, 552 körpənin yetim qaldığı, 20 mindən artıq əhalinin isə məcburi köçkün vəziyyətinə düşdüyü qeyd olunub: “Şuşanın işğal günü bütün Azərbaycan xalqının mənəviyyatına vurulmuş ağır bir zərbə və dərddir”.
AAK prezidenti Samira Patzer-İsmailovanın imzaladığı sənəddə daha sonra deyilir: “Avropa Azərbaycanlıları Konqresi bir daha beynəlxalq təşkilatlara üz tutaraq erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxmasını tələb edir, bütün Avropa Azərbaycanlılarını yaşadıqları ölkələrin ictimaiyyətinə, dövlət və qeyri-dövlət qurumlarına erməni işğalçıları tərəfindən Azərbaycan xalqına, onun tarixi və mədəniyyətinə qarşı törədilmiş cinayətləri açıqlamağa çağırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR