Bank Of Baku

Kiyevdə Şuşanın işğalının 20-ci il dönümü ilə bağlı tədbir keçirilib - FOTOSESSİYA

Kiyevdə Şuşanın işğalının 20-ci il dönümü ilə bağlı tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 08 may 2012 15:42 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Şuşa şəhərinin işğalının 20-ci il dönümü ilə bağlı Kiyev şəhərində tədbir keçirilib. APA-nın xəbərinə görə, Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukrayna üzrə nümayəndəliyinin əməkdaşlarının, diaspora fəallarının, Ukraynanın bir sıra gənclər təşkilatları və media nümayəndələrinin qatıldığı anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək Azərbaycanın mədəniyyət beşiyi sayılan qədim Şuşa şəhərinin tarixi haqda ətraflı məlumat verib. 20 il bundan öncə erməni silahlı qüvvələri tərəfindən işğala məruz qalan Şuşa şəhərinin xarabalığa çevrildiyini, qədim ənənəyə malik olan şəhərdə minlərlə mədəniyyət abidələrinin yerlə yeksan olunduğunu ,məscid və dini etiqad məbədlərinin təhqir olunduğunu diqqətə çatdırıb. Sonra tədbirə qatılanlar Azərbaycan və Ukrayna dövlət televiziyalarının birgə istehsalı olan “Qarabağ tarixin burulğanında” sənədli filminə baxmaqla ermənilərin son iki əsrdə Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqırımı siyasəti ilə tanış olublar. Anım mərasimində çıxış edən filmin ssenari müəllifi, tanınmış telejurnalist Georgi Spaçakukotskiy Qarabağ problemini araşdıran tədqiqatçı jurnalist kimi, Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, əlavə ərazilərinin, o cümlədən Şuşa şəhərinin işğal edilməsini erməni və ermənipərəst dövlətlərin son 2 əsrdə Azərbaycana qarşı həyata keçirtdikləri işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Georgi Spaçakukotskiy bu məsələyə biganə münasibət sərgiləyən dünya birliyini və beynəlxalq təşkilatları tarixi ədalətsizliyə göz yummaqda günahlandırıb: “Mən çox istəyirəm bugünkü gənc nəsil tarixlərini dərindən öyrənsinlər. Çünki Azərbaycanın məruz qaldığı işğalçılıq siyasətinin arxasında uzun əsrlərin məkrli planı dayanır. Mən tarixi mənbələrə əsaslanaraq Qarabağ həqiqətlərini araşdıran tədqiqatçı jurnalist kimi onu deyə bilərəm ki, tarix nəinki Şuşada, ümumiyyətlə, İrəvan və Dağlıq Qarabağda köklü erməni izini təsdiq eləmir. Çox təəssüflər olsun ki, bu tarixi dəqiqliyi ilə bilən dünya birliyi və beynəlxalq təşkilatlar erməni işğalının qarşısının alınmasında nədənsə acizlik nümayiş etdirirlər”.

Tədbirdə ermənilərin 150 il bundan öncə Dağlıq Qarabağa köçürülmə tarixindən bəhs edən Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri İrfan Davudov, böyük Ermənistan xülyası ilə yaşayan ermənilərin Ukraynanın Lvov şəhərinin də qədim erməni şəhəri olmasına iddialarından danışıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukrayna üzrə nümayəndəliyinin əməkdaşı Həzi Aslanov, Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov və Ümumukrayna Gənclər Assambleyasının sədri Yuna Şeyxaliyeva Azərbaycan prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində tezliklə Şuşa başda olmaqla, işğal altında olan Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunacağına əmin olduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR