Bank Of Baku

Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının birinci qurultayı keçirilib - FOTO

Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının birinci qurultayı keçirilib - <font color=red>FOTO</font>
# 10 may 2012 14:42 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının Heydər Əliyevin xatirə gününə həsr edilmiş birinci qurultayı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, qurultayda Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının rəhbəri Samirə İsmayılova 3 il ərzində görülən işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış edib. Sonra Gürcüstan parlamentinin sədri David Bakradze, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, elm və təhsil nazirinin müavini Nodar Surquladze, Gürcüstan parlamentinin deputatı Ramin Bayramov, Gürcüstan gənclər və idman nazirinin birinci müavini Giorgi Aveliani və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə çıxış edərək Heydər Əliyevin fəaliyyətindən, onun daim Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmləndirilməsi və tarixi dostluğun daha da dərinləşdirilməsi üçün ağıllı və məqsədyönlü siyasət yürütdüyündən söhbət açıblar.

Gürcüstan parlamentinin sədri David Bakradze jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyev nəinki qardaş Azərbaycanın sevimli lideri, eləcə də regionun lideri idi: “Onun vaxtında başladığı beynəlxalq layihələr bu gün Azərbaycanın, eləcə də Gürcüstanın xoşbəxtliyi və çiçəklənməsi, eyni zamanda sabitliyi naminə fəaliyyət göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR