Bank Of Baku

Çində əcnəbi tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festivalı keçirilib

Çində əcnəbi tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festivalı keçirilib
# 18 may 2012 11:09 (UTC +04:00)
Bakı-APA. Çin Xalq Respublikasındakı ali təhsil müəssisələrində 17 may tarixdə təhsil alan əcnəbi tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festivalı keçirilib. APA-nın məlumatına görə, festival müxtəlif ölkələri təmsil edən tələbələrin mədəni əlaqələrini asanlaşdırmaq və ali təhsilin qloballaşdırılmasını təşviq etmək məqsədi daşıyır. Bu dəfə festival Pekin Dillər və Mədəniyyət Universitetində və Pekin Beynəlxalq İqtisadiyyat və Biznes Universitetində təşkil olunub.
Festival çərçivəsində Pekində təhsil alan əcnəbi tələbələr ölkələrinə aid stendlər hazırlayıblar. Azərbaycanlı tələbələrin ölkəmizin Çindəki səfirliyinin, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) dəstəyi ilə hazırladıqları stendlər tədbir iştirakçılarının böyük marağına səbəb olub.
ASAIF-in Cin koordinatoru Vüsal Qurbanovun verdiyi məlumata görə, Azərbaycan stendində xalqımızın mədəniyyətini, tarixini, inkişaf strategiyasını və təbiətini əks etdirən cəlbedici fotoşəkillər, kitab və jurnallar, musiqi alətləri, milli geyimlər, əl işləri, həmçinin turizm imkanları nümayiş etdirilib. Belə tədbirlərin keçirilməsində ASAİF komandasının peşəkarlığı universitet rəhbərliyi və eləcə də stendə təşrif buyuran qonaqların diqqətindən yayınmayıb.
Vüsal Qurbanov belə mədəniyyət günlərinin əhəmiyyətindən bəhs edərək bildirib ki, məhz ASAİF-in dəstəyi ilə keçirilən belə tədbirlər lobbiçilik fəaliyyətinin tərkib hissəsi kimi qeyd etmək olar: “Əgər bir neçə il əvvəl Azərbaycan haqqında kifayət qədər məlumat olmayan çinlilər, bu gün artıq Qarabağ problemini, Xocalı faciəsi haqqında öz dillərində məlumat ala bilirlər. Bu işdə artıq peşəkar komandaya çevrilmiş ASAIF komandası gələn tədris ilində Pekin ilə yanaşı digər şəhərlərdə də belə tədbirlərin keçirilməsini məqsədə uyğun hesab edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR