Bank Of Baku

Azərbaycanlılar Böyük Britaniyada İran əleyhinə aksiya keçiriblər - FOTOSESSİYA

Azərbaycanlılar Böyük Britaniyada İran əleyhinə aksiya keçiriblər - <font color=red>FOTOSESSİYA</font>
# 21 may 2012 08:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Böyük Britaniyanın paytaxtı Londonda mayın 20-də Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşəbbüsü və təşkilatçılığı ilə İran əleyhinə aksiya keçirilib. Bu barədə APA-ya GAİP-in Böyük Brtiyaniya üzrə təmsilçisi, Londonda yaşayan soydaşımız Araz Yurdsevən məlumat verib.
O bildirib ki, ölkənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar yerli vaxtla saat 15:00-da əllərində bayraqlar və plakatlarla Böyük Britaniyanın Baş Nazirliyinin binasının qarşısına toplaşıblar: “Aksiyada London, Mançester, Birminqem və başqa şəhərlərdə yaşayan azərbaycanlılar iştirak etdi. İki saat davam edən piketdə İran əleyhinə müxtəlif şüarlar səsləndirdik. İranda həbsdə olan azərbaycanlı fəalların və jurnalistlərin fotolarını da nümayiş etdirməklə, onların azadlığa buraxılmasını, orada yaşayan azərbaycanlıların pozulan hüquqlarının təmin olunmasını tələb etdik”.
A. Yurdsevən əlavə edib ki, insidentsiz keçən piketin sonunda bəyanat oxunub: “Bu günlərdə isə Mançester şəhərində İran əleyhinə aksiya keçirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR