Bank Of Baku

İsveçdə Respublika Gününə həsr olunmuş bayram tədbiri keçirilib

İsveçdə Respublika Gününə həsr olunmuş bayram tədbiri keçirilib
# 28 may 2012 09:22 (UTC +04:00)
Bakı – APA. İsveçin paytaxtı Stokholm şəhərində İsveç Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş bayram tədbiri keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə konqresin sədri Emil Mirzəyev açıb. O, 28 mayın təkcə Azərbaycan üçün deyil, bütün türk və müsəlman dünyası üçün önəmli bir tarix olduğunu söyləyib. E. Mirzəyev bu gün “Eurovision” müsabiqəsinə ev sahibliyi edən Bakının o dövrdə də bölgənin siyasi, iqtisadi və mədəni həyatında vacib rola malik olduğunu vurğulayıb.

Sonra tədbir bədii hissə ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR