Bank Of Baku

Litvada Azərbaycanın 28 May Respublika Günü qeyd olunub - FOTOSESSİYA

Litvada Azərbaycanın 28 May Respublika Günü qeyd olunub - <font color=red>FOTOSESSİYA</font>
# 29 may 2012 07:22 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Litvadakı səfirliyi 28 May Respublika Günü münasibətilə təntənəli mərasim və rəsmi qəbul təşkil edib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə 400-dən artıq qonaq iştirak edib. Litva Seyminin Avropa məsələləri üzrə vitse-spikeri Vitautas-Çeslovas Stankyaviçyus, daxili işlər naziri Arturas Melianas, energetika naziri Arvidas Sekmokas, Litvanın ilk dövlət başçısı, hal-hazırda Avropa Parlamentinin üzvü Vitautas Landsbergis, Litva Seymində Azərbaycanla dostluq qrupunun rəhbəri Eqidiyus Vareykis, Seymin bir çox komitələrinin sədrləri, millət vəkilləri, Litva prezident Administrasiyasının, Baş Nazirliyin və Xarici İşlər Nazirliyinin, eləcə də digər nazikliklərin yüksək səviyyəli nümayəndələri, Litvada akkreditə olunan xarici ölkələrin əksər səfirləri, ölkənin tanınmış ictimai-siyasi, elm, mədəniyyət və idman xadimləri, eləcə də bir çox soydaşlarımız iştirak ediblər.

Səfir Həsən Məmmədzadə öz çıxışında şərqdə, eləcə də müsəlman-türk aləmində ilk dəfə olaraq, Azərbaycanda demokratik respublikanın yaradılması tarixindən bəhs edib, müasir Azərbaycanın hərtərəfli inkişafı barədə məlumat verib. Səfir bir neçə gün əvvəl Bakıda keçirilən möhtəşəm “Eurovision 2012” mahnı müsabiqəsində Litvanın Azərbaycana ən yüksək bal verməsindən dolayı Litva ictimaiyyətinə öz təşəkkürünü bildirib.

Azərbaycanlı diplomat öz çıxışında, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və işğalçı siyasətindən danışıb, münaqişənin bu gün də həllini tapmadığını vurğulayıb.

Səfirlik tərəfindən Azərbaycandan Respublika Günü ilə əlaqədar dəvət olunmuş xalq artisti Mələkxanım Əyubova, xalq artisti Möhlət Müslümov və Nazim Əsədullayevin müşayiəti ilə muğam nümunələri ifa ediblər.

Qeyd olunub ki, Litva televiziyasının “Labas rytas” səhər proqramında 28 May Respublika Gününə həsr olunmuş xüsusi veriliş göstərilib. Səfir Həsən Məmmədzadənin canlı olaraq müsahibəsi yayımlanıb, incəsənət xadimlərinin ifası səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR