Bank Of Baku

Diasporla iş üzrə Dövlət Komitəsinin kollektivi qurumun yaranmasının 10-cu ildönümü ilə əlaqədar Heydər Əliyevin məzarını ziyarət edib

Diasporla iş üzrə Dövlət Komitəsinin kollektivi qurumun yaranmasının 10-cu ildönümü ilə əlaqədar Heydər Əliyevin məzarını ziyarət edib
# 05 iyul 2012 09:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Diasporla iş üzrə Dövlət Komitəsinin kollektivi qurumun yaranmasının 10-cu ildönümü ilə əlaqədar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. APA-nın məlumatına görə, komitənin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında bildirib ki, H. Əliyev diasporun önəmli qüvvə olduğunu görərək belə bir dövlət qurumunun yaradılması barədə qərar verib. O, hazırda dünyada Azərbaycan diasporunun mütəşəkkil hala gətirildiyini vurğulayıb: “Ümummilli lider Heydər Əliyevin başlatdığı siyasət öz bəhrəsini verməyə başlayıb. Ötən dövr ərzində Azərbaycan diasporu inkişaf edib və Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Artıq erməni mətbuatı da yazır ki, Azərbaycan diasporu uzun illər əvvəl yaranan erməni diasporunun təbliğatını üstələməyə başlayıb”.

N. İbrahimov qeyd edib ki, bu gün Azərbaycan diasporu dünyada nüfuzlu diasporlardandır: “Onlar işğal olunmuş torpaqlarımız, Dağlıq Qaradağ məsələsində Azərbaycanın haqlı olduğunu dünyaya çatdırırlar və bu prosesdə mühüm rol oynayırlar”.

N. İbrahimov Azərbaycan diasporunun digər xalqların diasporları ilə əməkdaşlıq etdiyini də nəzərə çatdırıb. Komitə sədri diasporun fəaliyyəti və inkişafı ilə bağlı bir sıra tədbirlərin nəzərdə tutulduğunu söyləyib: “Bu 10 il ərzində gördüyümüz işlər mətbuat tərəfindən ictimaiyyətə çatdırılıb. Diaspor sahəsində böyük uğurlar və irəliləyişlər var”.

Qeyd edək ki, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 2002-ci ilin iyulun 5-də yaradılıb. 2008-ci il noyabrın 19-da isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR