Bank Of Baku

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi bu ilin ikinci yarısında keçiriləcək tədbirləri açıqlayıb

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi bu ilin ikinci yarısında keçiriləcək tədbirləri açıqlayıb
# 05 iyul 2012 12:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Diasporla İş üzrə Dövlət Komitəsi bu ilin ikinci yarısında keçiriləcək tədbirlərlə bağlı məlumat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2012-ci ilin ikinci yarısında Kanada-Azərbaycan Təşkilatları Assambleyasının 4-cü qurultayı, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının növbəti qurultayı, Azərbaycan-Türk Diasporlarının II Forumunun keçirilməsi planlaşdırılır.

Bu ilin sonunadək Orta Asiya Azərbaycan Diaspor Təşkilatlarının Koordinasiya Şurasının yaradılması, azərbaycanlı ziyalıların toplantısının keçirilməsi, Macarıstanda “Sivilizasiyalararası və Mədəniyyətlərarası Dialoqda Azərbaycanın yeri və rolu” mövzusunda elmi-praktiki konfransın təşkili, Baltikyanı ölkələrdə “Odlar Yurdu” Silsilə Tədbirlər çərçivəsində Azərbaycanın keçmişi, bu günü, gələcəyi mövzusunda orta və ali məktəblərdə müsabiqələrin, elmi-praktiki konfransların və dəyirmi masaların keçirilməsi, Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə “Azərbaycanın Avropaya inteqrasiyası perspektivləri: Azərbaycanla Avropa parlament nümayəndələrinin Məşvərət Şurasının III Toplantısı”nın keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR