Bank Of Baku

Nazim İbrahimov: “İqbal Mahmudovun qətlinin sifarişli olduğu qənaətinə gəlirik”

Nazim İbrahimov: “İqbal Mahmudovun qətlinin sifarişli olduğu qənaətinə gəlirik”
# 05 iyul 2012 14:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti üzrə bölməsinin sədri İqbal Mahmudovun qətlinin sifarişli olduğu qənaətinə gəlirik”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N. İbrahimov bildirib ki, komitə Ukrayna hüquq-mühafizə orqanlarına cinayət hadisəsinin təhqiqatı istiqaətində lazımi köməkliyi göstərir: “Azərbaycan diaspor təşkilatlarının rəhbərləri fəaliyyətləri zamanı diqqətli olmalıdırlar. Çünki diaspor təşkilatlarının fəaliyyəti həmin ölkələrin rəhbərliyi, ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Bundan başqa, azərbaycanlıların təşkilatlanmış aktivliyinə mənfi yanaşanlar da var”.

N. İbrahimov bu kimi hadisələrin azərbaycanlıların diaspor quruculuğu işindən çəkindirməyə xidmət etdiyini də diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR