Bank Of Baku

Gürcüstanın 15 şəhərində ali məktəblərə qəbul imtahanları keçirilir

Gürcüstanın 15 şəhərində ali məktəblərə qəbul imtahanları keçirilir
# 07 iyul 2012 08:41 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın 15 şəhərində fəaliyyət göstərən 17 imtahan mərkəzində ali məktəblərə qəbul imtahanı keçirilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu mərkəzlərdə 35 mindən çox abituriyent imtahan verir. İmtahan mərkəzlərində 850 videokamera quraşdırılıb, imtahanların gedişinə 1300-dək müşahidəçi nəzarət edir.

Gürcüstan Elm və Təhsil Nazirliyindən bildiriblər ki, gələn ildən qəbul imtahanları 8+1 modeli ilə keçiriləcək. Gürcüstandakı ümumi məktəblərdə 8 buraxılış imtahanlardan müvəffəq qiymətlər alan şagirdlər, ümumi qabiliyyət imtahanı verib ali məktəbə qəbul olunacaq.

Qeyd edək ki, orta məktəbləri bitirən şagirdlər attestatları əvvəlki kimi məktəblərdən deyil, Mülki Reyestr Agentliyinin yerli nümayəndəliyindən alacaqlar. Şagirdlər 10 gün ərzində attestatı pulsuz alacaq, lakin bir gün ərzində almaq istəyənlər 50 lari, ərizə verib sabahı gün attestat almaq istəyən şəxs 40 lari, üçüncü gün 30, beşinci gün 20 lari ödəyərək attestat ala biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR