Bank Of Baku

Diasporla İş üzrə Dövlət Komitəsində Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsində Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 18 iyul 2012 15:22 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda səfərdə olan Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, komitə sədri Nazim İbrahimov Azərbaycan və yəhudi diasporları arasında əməkdaşlığa toxunaraq bunun iki xalq arasında olan sıx dostluq əlaqələrindən qaynaqlandığını bildirib. O, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının yəhudi icmaları ilə sıx əməkdaşlıq etdiyini söyləyib. N. İbrahimov dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diasporunun fəalları arasında vaxtilə Azərbaycan vətəndaşı olmuş yəhudilərin də olduğunu nəzərə çatdırıb. Komitə sədri diaspor və lobbi quruculuğu sahəsində zəngin təcrübəyə malik yəhudi diasporu ilə əməkdaşlığın Azərbaycan diasporunun mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris ABŞ-da Azərbaycanla münasibətlərə mühüm önəm verildiyini qeyd edib. O, Amerikadakı yəhudi diasporunun Azərbaycan xalqının dostu olduğunu deyərək ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmalarına bundan sonra da dəstək verəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR