Bank Of Baku

Azərbaycan və Ukrayna diaspor təşkilatlarının əməkdaşlıq perspektivləri müzakirə olunub - FOTO

Azərbaycan və Ukrayna diaspor təşkilatlarının əməkdaşlıq perspektivləri müzakirə olunub - <font color=red>FOTO</font>
# 24 iyul 2012 12:43 (UTC +04:00)
Bakı-APA. Diasporla İş üzrə Dövlət Komitəsində Ukrayna Ümumdünya Koordinasiya Şurasının sədri Mixail Ratuşnıyın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev qonaqları salamlayaraq Azərbaycanla Ukrayna arasındakı dostluq münasibətlərinin iki xalq arasındakı çoxəsrlik sıx əlaqələrə söykəndiyini bildirib. Ukraynada 500 minlik Azərbaycan diasporunun məskunlaşdığını qeyd edən V. Hacıyev bu ölkədə yaşayan soydaşlarımızın cəmiyyətə inteqrasiya olunduqlarını söyləmişdir. Ukrayna Ümumdünya Koordinasiya Şurasının sədri Mixail Ratuşnıy Ukraynada 500 min azərbaycanlının yaşamasını bu ölkədə onların həyatı və fəaliyyəti üçün komfort şəraitin olması ilə əlaqələndirib. O Azərbaycanda da on minlərlə ukraynalının rahat şəkildə yaşadığını qeyd edərək iki xalqın diasporlarının yaşadıqları ölkələrdə yüksək səviyyədə həyat sürməsinin xalqlar və dövlətlərimiz arasındakı sıx dostluq münasibətlərinin təzahürü olduğunu qeyd edib. Dünyanın 42 ölkəsində Ukrayna Ümumdünya Koordinasiya Şurasının nümayəndəliyinin olduğunu qeyd edən M. Ratuşnıy bu təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi üçün Azərbaycanla təcrübə mübadiləsinin səmərəli olacağını qeyd edib. O Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti sayəsində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının öz fəaliyyətlərini intensivləşdirdiklərini qeyd edərək eyni zamanda onlar üçün Azərbaycan diasporu ilə əməkdaşlığın da böyük maraq kəsb etdiyini vurğulayıb. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev Dövlət Komitəsinin yaradılması, məqsəd və vəzifələri barədə qonaqlara məlumat verib və bildirib ki, Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımıza qayğı və diqqətlə yanaşır. O Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışı zamanı Azərbaycanın dünyada yaşayan 50 milyon azərbaycanlının Vətəni olduğunu bəyan etdiyini qeyd edərək soydaşlarımıza qayğı və diqqətin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. V. Hacıyev Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan dövlətinin diaspor siyasətini həyata keçirən orqan olduğunu qeyd etmişdir. O Azərbaycan diasporunun güclənməsinin dövlətin bu sahəyə qayğı və diqqətinin nəticəsi olduğunu vurğulamışdır. V.Hacıyev Azərbaycan diasporunun qarşısında dayanan əsas vəzifənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə dövlətimizin ədalətli mövqeyi barədə dünya ictimaiyyətinin məlumatlandırılmalı olduğunu vurğulayıb. Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdə dost xalq və dövlətlərin diaspor təşkilatları ilə əməkdaşlıq etdiyini qeyd edən V. Hacıyev Ukrayna, Türk, yəhudi diasporları ilə əməkdaşlığın xüsusilə sıx olduğunu bildirib. Görüşdə Azərbaycan və Ukrayna diasporlarının əməkdaşlığının genişləndirilməsi və dərinləşməsi üçün qarşılıqlı maraq ifadə olunub və hər iki diasporun tədbirlərində iştirak olunmasına dair razılıq əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR