Bank Of Baku

Krımda “Qədim Ordubad və Əfsanəvi Sevastopol” kitabı çapdan çıxıb - FOTO

Krımda “Qədim Ordubad və Əfsanəvi Sevastopol” kitabı çapdan çıxıb - <font color=red>FOTO</font>
# 26 iyul 2012 08:49 (UTC +04:00)
Bakı – APA. Krımdakı Azərbaycan diasporunun ağsaqqallarından olan Hidayət Musayevin “Qədim Ordubad və Əfsanəvi Sevastopol” kitabı çapdan çıxıb.

Bu barədə APA-ya Krımın Azərbaycanlı İcmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

Kitabın təqdimat mərasimində çıxış edən H.Musayev bildirib ki, baş qəhrəmanı azərbaycanlı mühəndis Firudin Ağalarov olan əsərdə Rusiyanın müxtəlif millətlərdən olan ilk sualtı qayıqçılarından bəhs olunur.

Qeyd edək ki, Hidayət Məmməd oğlu Musayev istefada olan polkovnik, SSRİ Hərbi Dəniz Donanmasının veteranı, Sevastopolda “Vətən” Azərbaycan Milli-Mədəni İcmasının ağsaqqalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR