Bank Of Baku

Kanadada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirəcək

Kanadada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirəcək
# 28 iyul 2012 07:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Kanadanın Toronto şəhərində Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşəbbüsü və təşkilatçılığı ilə etiraz aksiyası keçiriləcək. Bu barədə APA-ya Kanadada yaşayan soydaşımız, GAİP İnsan Haqları Mərkəzinin rəhbəri Oğuz Türk məlumat verib. O bildirib ki, Kanadanın Liberal Partiyasından deputat seçilmiş Cim Karigiannis Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi qondarma “prezident seçkiləri”ndə müşahidəçi qismində iştirak edib: “Bu, beynəlxalq qanunları pozmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı sayğısızlıqdır. Siyasi fəaliyyətində türk və makedon düşmənçiliyinin təbliği ilə məşğul olan yunan əsilli Karigiannis erməni təəssübkeşi kimi də tanınır. Azərbaycanın erməni işğalı altındakı ərazilərinə səfər Kanada qanunlarına da ziddir. Buna etiraz olaraq, avqustun 1-də Liberal Partiyasının lideri Bob Raenin ofisi önündə piket keçirəcəyik. Aksiyada əlimizdə Azərbaycan bayraqları və xəritəsi olacaq. C. Karigiannisi qınayan və etiraz edən hər kəsi piketə dəvət edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR