Bank Of Baku

Gürcüstan parlamentinin sədri Bolnisi rayonuna səfər edib - FOTO

Gürcüstan parlamentinin sədri Bolnisi rayonuna səfər edib - <font color=red>FOTO</font>
# 02 avqust 2012 15:30 (UTC +04:00)
Bolnisi. Nizami Məmmədzadə - APA. Gürcüstan parlamentinin sədri David Bakradze Bolnisi rayonuna səfər edərək yerli gürcülər və azərbaycanlılarla görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, parlament sədri əhali qarşısında ölkədə gedən müsbət dəyişikliklər və islahatlar haqqında çıxış edib. O, vətəndaşları hakim Milli Hərəkat Partiyasından deputatlığa namizəd Koba Naqopiya ilə tanış edib.

D. Bakradze jurnalistlərə açıqlamasında deyib ki, səfərdə məqsəd Bolnisidə yaşayan əhali ilə görüşmək, onları narahat edən problemləri rayon rəhbərliyi ilə birlikdə müzakirə etmək, eyni zamanda majoritar dairədən deputatlığa namizədi təqdim etməkdir. Hakim partiyanın namizədi Koba Naqopia isə Bolnisidə yaşayan azərbaycanlıların problemləri ilə yaxından tanış olduğunu bildirib. Onun sözlərinə görə, rayonda kənd təsərrüfatı hər il inkişaf edir, əhali torpaqdan yüksək məhsul əldə edir: “Mən azərbaycanlı əhali ilə görüşmüşəm. Onların ən böyük problemi içməli və suvarma suyu çatışmazlığıdır. Biz bu məsələ ilə 4 ilə yaxındır məşğuluq. Bir çox kəndlərə su verilməyə başlanıb. Mənim yaxın dörd il ərzində birinci dərəcəli proqramım odur ki, ilk növbədə xüsusilə azərbaycanlıların su problemini bütövlükdə həll edim. Bizə Allah neft və qaz verməyib, amma suyumuz boldur. Düşünürəm ki, əhalinin su problemini həll edəcəyik”.

Görüşdə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze və digər rəhbər şəxslər də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR