Bank Of Baku

Avropa Azərbaycan Cəmiyyəti “Azərbaycan obyektivdə” adlı foto müsabiqəsi təşkil edir

Avropa Azərbaycan Cəmiyyəti “Azərbaycan obyektivdə” adlı foto müsabiqəsi təşkil edir
# 23 avqust 2012 13:46 (UTC +04:00)
AAC-dan APA-ya verilən məlumata görə, foto müsabiqəsi AAC-nin Azərbaycanın Avropada təbliğatının bir hissəsidir. Konkurs dünyanın bütün ölkələrindən peşəkar və ya həvəskar fotoqraflar üçün açıqdır.

Bütün növ şəkillər (portret, peyzaj, hərəkətli, memarlıq və s.) qəbul edilir – yeganə şərt şəklin Azərbaycanla bağlı olmasıdır. Şəkillərin təqdim olunması üçün son tarix 15 oktyabr, Qrinviç vaxtı ilə saat 17.00-dır.

Qaliblərə möhtəşəm mükafatların təltif olunması ilə yanaşı, onların əsərləri Londonun nüfuzlu La Galleria Pall Mall sərgi salonunda nümayiş etdiriləcək. 2012-ci ilin noyabr ayında keçiriləcək sərgiyə beynəlxalq ictimaiyyət və mətbuat vasitələri dəvət oluncaq. Sərgi daha sonra 2012-ci ilin sonu və 2013-cü ilin əvvəllərində Paris, Berlin, Brüssel və Avropanın digər şəhərlərində təşkil olunacaq.

Mükafatlar:

• 1-ci yer - 2000 funt-sterlinq dəyərində səyahət vauçeri və yaxud 15” ölçülü MacBook Pro
• 2-ci yer - 1000 funt-sterlinq dəyərində səyahət vauçeri və yaxud 13” ölçülü MacBook Air
• 3-cü yer – 500 funt-sterlinq dəyərində səyahət vauçeri və yaxud iPad

Qalib şəkillər beynəlxalq səviyyədə tanınmış münsiflər tərəfindən seçiləcək.

Şəkillərin [email protected] email adresinə göndərilməsi xahiş olunur.

Daha ətraflı bilgi və müsabiqənin şərtləri (http://www.teas.eu/photography-competition) - internet səhifəsindən əldə oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR