Bank Of Baku

Estoniyadakı Azərbaycan diasporu ermənilərin piket keçirmək cəhdinin qarşısını alıb - FOTO

Estoniyadakı Azərbaycan diasporu ermənilərin piket keçirmək cəhdinin qarşısını alıb - <font color=red>FOTO</font>
# 07 sentyabr 2012 15:21 (UTC +04:00)
Bakı-APA. Estoniyadakı Azərbaycan diasporu və ölkəmizin bu ölkədəki səfirliyinin səyi ilə ermənilərin Tallində Swiss Hotelin önündə yerləşən kilsələri qarşısında zabit Ramil Səfərovun əfv olunmasına etiraz əlaməti olaraq piket keçirmək cəhdinin qarşısını alıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, polis sayı 15 nəfərə yaxın olan aksiya iştirakçılarına piket keçirməyə icazə verməyib və nəticədə ermənilər kilsənin içərisinə toplaşmalı olublar. Azərbaycan diasporu Swiss Hotelin üzərində Azərbaycan bayrağının asılmasına nail olub. Daha sonra “Aydan” Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 100-dək soydaşımız Azərbaycan səfirliyi önündə toplaşaraq dövlətin yeritdiyi siyasətə dəstək aksiyası keçirib. Səfir T.Zülfüqarov aksiya iştirakçılarının nümayəndələrini qəbul edib, onları təxribatllara uymamağı tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR