Bank Of Baku

Türkiyədə Ramil Səfərovla bağlı keçirilən aksiyada Ermənistan prezidentinin maketi rəmzi edam edilib

Türkiyədə Ramil Səfərovla bağlı keçirilən aksiyada Ermənistan prezidentinin maketi rəmzi edam edilib
# 10 sentyabr 2012 12:11 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. İğdırda Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) ASALA erməni terror təşkilatı etiraz olaraq Ermənistan prezidenti Serj Sərkisyanın maketini rəmzi edam edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ASİMDER-in rəhbəri Göksəl Gülbəy ASALA-nın Türkiyə və Azərbaycan diplomatlarına hədə-qorxu məktubları göndərdiyini bildirib: “ASALA terror təşkilatının Macarıstandan öz ölkəsinə ekstradisiya edilən azərbaycanlı zabit Ramil Səfərovun əfv edilməsinə reaksiya verərək yazdığı məktubda Azərbaycanın diplomatları, iş adamları, xaricdəki tələbələri və diaspor təşkilatları hədəf olaraq göstərildi. Biz də burada – Ermənistanla sərhəddən ASALA-ya səslənirik: “Gücün yetirsə, gəl bizi öldür. Hamımız Ramilik, ölümə hazırıq”. (“Hepimiz Ramil’iz Ölüme Hazırız”)”.

O, Sərkisyanın maketini düzəltdiklərini, sonra isə vicdan məhkəməsinin qərarı ilə onu yandırdıqlarını vurğulayıb: “Sərkisyanı Azərbaycan ərazisi olan Qarabağda əli qanlı körpə qatili olduğu üçün edam edirik. Onun özünün də ASALA-nın üzvü olduğunu bilirik. Azərbaycanın milli qəhrəmanı İbad Hüseynovun ASALA terror təşkilatının lideri Melikonyanı öldürdüyü kimi, ASALA-nın indiki liderlərinin də taleyinin eyni olacağını bildirmək istəyirik”.

Qeyd edək ki, aksiya zamanı Sərkisyanın maketi iplə asılaraq rəmzi olaraq edam edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR